Almaniyada təhsil
-
1. Almaniya Avropanın ən populyar təhsil istiqamətlərindən biridir.
• Dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur (yalnız administrativ ödəniş ~150–300 €).
• Təhsil keyfiyyəti yüksəkdir, dünya reytinqli universitetlər çoxdur.
• Tələbələrə 20 saat/ həftə işləmək icazəsi verilir.
-
2. Müraciət Səviyyələri
• Bakalavr: 12 illik təhsil (attestat) + Almaniya təhsil sistemində lisey təhsili 12 il davam edir, bu da bakalavr təhsilinə girişi təmin edir. 11 il təhsil alan tələbələr ümumiyyətlə "Studienkolleg" adlanan hazırlıq məktəbində bir il əlavə təhsil almalıdırlar ki, Almaniya universitetlərinə qəbul ola bilsinlər. ve ya universitet imtahanı keçmiş olmalıdır (Azerbaycanda – qəbul imtahanı və ya universitetin 1-ci ili).
• Magistr: Diplom + transkript, 6 semestr minimum ali təhsil -
3. Əsas Tələblər
• Dil:
o Alman proqramlar: B2–C1 səviyyəsində TestDaF və ya Goethe sertifikatı
o İngilis proqramlar: IELTS (6.0–6.5) və ya TOEFL
• Sənədlər:
o Attestat / Diplom
o Transkript
o Motivasiya məktubu
o CV (Europass formatı)
o Tövsiyə məktubu (bəzən)
o Pasport surəti
• Əlavə: APS sertifikatı (bəzi universitetlər tələb edir)
-
4. Populyar Universitetlər
• LMU Munich (Ludwig Maximilian Universiteti)
• TU Munich (Texniki Universitet)
• Heidelberg Universiteti
• RWTH Aachen
• Humboldt Universiteti Berlin
-
5. Təqaüdlər
• DAAD – ən məşhur təqaüd proqramıdır (xüsusilə magistr və doktorantura üçün)
• Universitet daxili təqaüdlər də mövcuddur
-
6. Əlavə Qeydlər
• Viza üçün maliyyə sübutu tələb olunur: 11,208 € miqdarında bloklanmış hesab (2025 üçün)
• Viza prosesi 6–10 həftə çəkə bilər
• Yaşayış xərcləri: ayda ~700–1000 €

